PDF Oxu

Dünya

  • 1 942

Polşada işsizlik müavinətləri artdı: bəziləri 580 dollar alacaq...

Bəs..?

image

...Polşanın Ailə, Əmək və Sosial Siyasət Nazirliyi işsizlik müavinətlərini artırmaq qərarına gəlib.

SİA xəbər verir ki, WPN-in məlumatına görə, yeni dərəcələr 1 iyun 2026-cı il tarixindən qüvvəyə minəcək və 2027-ci il may ayının sonuna qədər qüvvədə qalacaq.

Ödənişlər rayon əmək idarələri tərəfindən edilir, ona görə də müavinət almaq üçün əvvəlcə müvafiq orqanda qeydiyyatdan keçməlisiniz.

Müavinətin məbləği hər il 1 iyun tarixində inflyasiya nəzərə alınmaqla yenilənir.

20 ilə qədər iş təcrübəsi olanlar üçün aylıq müavinət aşağıdakı kimi olacaq: İlk 90 gündə – vergilərdən əvvəl 1783.90 PLN və ya 485 dollar; üç aydan sonra – 1400.90 PLN və ya 380 dollar.

20 ildən çox iş təcrübəsi olanlar üçün daha yüksək ödənişlər təmin edilir: ilk 90 gündə 2140.68 PLN və ya 583 dollar; üç aydan sonra – 1681.06 PLN və ya 460 dollar.

...Və sovetlərin "şinelidən çıxmış" qonşu Belarusda işsizlik müavinəti ayda 40 Belarus rublu və ya 20 dollar təşkil edir.

Bu məbləğ Nazirlər Şurasının 1064 saylı Qərarı ilə müəyyən edilir.

Bundan əlavə, Belarusda ildə 183 gündən çox işsiz qalan əmək qabiliyyətli vətəndaşlar "parazit" hesab olunurlar.

Onlar kommunal xidmətlərin tam tariflərini ödəyirlər və ödəniş etmədikdə cərimə tətbiq olunurlar.

Əli Babayev

Digər xəbərlər

İordaniya İsrailə qarşı ritorikanı sərtləşdirir

Ammanın hesablamalarında nə dəyişib? Əmman İsrail siyasətinə yalnız İsrail-Fələstin münaqişəsində bir məsələ kimi deyil, həm də...

Seçkilərdən sonra Kreml rusların ciblərinə əl atır..?

Rusiya Maliyyə Nazirliyi eyni anda bir neçə sahədə vergi artımları hazırlayır...

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...