Rusiya Elmlər Akademiyasının akademiki Qərbin Rusiya ilə İslam dünyası arasında münaqişə yaratmaq cəhdlərindən danışıb...
...Rusiyalı akademik Vitali Naumkin Qərb ölkələrinin Rusiya ilə İslam dünyası arasında münaqişə yaratmağa çalışdıqlarını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu fikirlərini Primakov Xarici Siyasət Əməkdaşlıq Mərkəzinin Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birgə təşkil etdiyi 6-cı Beynəlxalq Elmi və Ekspert Forumunun açılışında bildirib.
Naumkin çıxışında rusofobiya və islamofobiyanın paralel olaraq inkişaf etdiyini vurğulayıb.
Akademik qeyd edib ki, "bu gün bəzi Qərb tərəfdaşlarımızın vətəndaş qarşıdurmasını, xristian və İslam dünyaları arasında, Rusiya ilə islam dünyası arasında nifaq salması olduqca açıq-aydındır".
O, həmçinin bu hadisələrlə Fələstin-İsrail münaqişəsi arasındakı əlaqəyə diqqət çəkib.
Ekspertin sözlərinə görə, islamofobiya Qərb dünyasında geniş yayılıb və Yaxın Şərqdəki hadisələrə dair qavrayışlara təsir göstərir.
Naumkin Rusiya ilə Yaxın Şərq ölkələri arasında münasibətlərdə əldə edilən irəliləyişi xüsusi olaraq qeyd edərək, müasir dünyanı onlarsız təsəvvür etməyin mümkün olmadığını qeyd edib.
Əli Babayev
Rusiya Maliyyə Nazirliyi eyni anda bir neçə sahədə vergi artımları hazırlayır...
Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...
Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...
Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...
Və xalq hər şeylə razılaşacaq...
Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?
Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...
Süni intellekt ətrafında müzakirələr qızışır
Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...