PDF Oxu

Dünya

  • 1 489

Astana bu məsələni Avropa hakimiyyəti ilə müzakirə etmir...

Qazaxıstan Aİ miqrantları üçün mərkəzlərin yaradılması məsələsinə aydınlıq gətirir...

image

...Qazaxıstan ölkədə Aİ miqrantları üçün xüsusi mərkəzlərin yaradılması ilə bağlı məlumatları "həqiqətə uyğun deyil" adlandırıb.

Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Erlan Jetıbayevin sözlərinə görə, Astana bu məsələni Avropa hakimiyyəti ilə müzakirə etmir.

...Bildiyim qədəri ilə belə bir danışıqlar yoxdur, - Jetıbayev bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bazar ertəsi günü "Politico" qəzeti Aİ hakimiyyətinin Aİ-də sığınacaq tələbləri rədd edilən miqrantlar üçün Qazaxıstan, Özbəkistan və digər ölkələrdə mərkəzlərin yaradılması imkanlarını araşdırdığını bildirib.

...Bundan əvvəl Polşa liderləri Aİ-nin miqrantları Aİ ölkələrinə göndərmək siyasətini sərt tənqid ediblər.

Polşa prezidenti Karol Navrotskinin sözlərinə görə, Brüsselin yanaşması sərhəd təhlükəsizliyini sarsıdır.

Qeyd edək ki, bundan əvvəl insan haqları təşkilatı "Fundamental Rights Agency" (Əsas Hüquqlar Agentliyi -A.B.) Avropa Birliyində nasist əhval-ruhiyyəsinin yüksəlişini sənədləşdirən hesabat dərc etmişdi.

İnsan haqları fəallarının qeyd etdiyi kimi, yalnız üç Aİ ölkəsi - Çexiya, Almaniya və Hollandiya polis tərəfindən törədilən nifrət cinayətləri ilə bağlı statistika aparır.

Digər ölkələrdə ümumiyyətlə belə statistika yoxdur.

Əli Babayev

Digər xəbərlər

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...