PDF Oxu

Dünya

  • 3 300

Türk tekstil məhsulları Avropadan yüksək qiymətlər alır

image

Türk tekstil məhsulları Avropadan yüksək qiymətlər alır

Dünya ev tekstili sənayesinin ən prestijli görüş yeri olan HOMETEX 2026 İstanbulda Türkiyə Ev Tekstili İstehsalçıları və İşadamları Dərnəyinin (TETSİAD) rəhbərliyi və BTSO-nun (Bursa Ticarət və Sənaye Palatası) törəməsi olan KFA Fuarcılık tərəfindən təşkil olunub.

Türk ev tekstili sektorunun qüvvələrini birləşdirdiyi tədbirdə 600-ə yaxın şirkət ən yeni və ən innovativ kolleksiyalarını nümayiş etdirib. Yerli istehsalçılarla xarici alıcılar arasında strateji körpü rolunu oynayan yarmarkanın alıcı heyəti proqramları türk tekstil sektorunun nümayəndələri üçün əhəmiyyətli ixrac imkanları yaratdı. Sərgidə Fransa, İtaliya, Hindistan, Hollandiya, Rusiya Federasiyası, İspaniya və türk cümhuriyyətləri də daxil olmaqla, 45 ölkədən alıcı nümayəndə heyətləri iştirak edib.

Fərdi iştirakçılarla yanaşı, ikitərəfli işgüzar görüşlərdə 80-dən çox ölkədən ixtisaslı alıcılar yerli firmalarla görüşüb. Sərgiyə qatılan Avstriyadan olan tanınmış dizayner Veenu Kanvar türk tekstilinin keyfiyyətini və innovativ gücünü yüksək qiymətləndirərək, “Keyfiyyət yüksəkdir, təchizatçılar peşəkardır və qiymətlər çox yaxşıdır”,- deyib.

Kanvar “həm korporativ-otel, həm də yaşayış sektorları üçün üzlük və pərdə parçaları üzərində işlədiklərini ifadə edərək, “B2B iş ortaqlığı görüşləri zamanı stendi olmayan və ya burada təmsil olunmayan digər tərəfdaşlarla tanış olmaq bizim üçün vacib idi və axtardığımız məhsullar üçün çox yaxşı mənbələr tapdıq”,- deyib.

Hollandiyalı dizayner Marie Louise Van Steenbergen, Macarıstandan Zsuzsanna Szentirmai, Rusiya Federasiyasından Zaira Malieva, Moldovadan Mariana Conoenco da türk tekstilinin həm dizayn, həm də keyfiyyət baxımından hər cəhətdən qüsursuz olduğu fikrini bildiriblər.

Digər xəbərlər

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...