Ermənistanda "Müqəddəs mübarizə" hərəkatının lideri, Nikol Paşinyan hökümətinə qarşı düşmən mövqedə olan arxiyepiskop Baqrat Qalstanyan ev dustaqlığına buraxılıb.
Ermənistan mətbuatının yazdığına görə, apellyasiya məhkəməsi Qalstanyan barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edib. Onun cinayət işi üzrə digər təqsirləndirilən şəxslərlə əlaqə saxlaması qadağandır.
Xatırladaq ki, "Müqəddəs mübarizə" hərəkatının 18 üzvü "terror aktına hazırlıq və hakimiyyəti ələ keçirməyə cəhd" işi üzrə ittiham olunur. Hərəkatın lideri Qalstanyan və onun tərəfdarları ötən il iyun ayının sonunda həbs olunublar.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...