PDF Oxu

Dünya

  • 2 806

Xərçəngə qalib gəldi, ruhuna rənglər qayıtdı...

image

2024-cü il Britaniya kral ailəsinin gəlini Şahzadə Keyt Middlton və onun bütün ailəsi üçün çətin il oldu. 2023-cü ilin dekabrında Milad şənliyində bütün ailəsi ilə kameralar qarşısına keçən Keyt daha sonra səssizliyə qapıldı.

2024-cü ilin yanvarında onun qarın boşluğundan əməliyyat olunduğu açıqlandı. Üç aylıq söz-söhbətdən sonra o, mart ayında xərçəngdən müalicə olunacağını elan edən bir video ilə susqunluğunu pozdu.

Həmin il Keyt, onun əri Şahzadə Uilyam və onların uşaqları Corc, Şarlotta və Lui üçün çətin oldu. Çünki Keyt xəstəliyi ilə mübarizə aparırdı. Ancaq pis günlər geridə qaldı və Keyt həm həyata, həm də vəzifələrinə qayıtdı.

İtaliyaya səfərindən sonra bir müddətdir ictimaiyyətin gözündən yayınan Uels şahzadəsi bu günlərdə sürpriz bir görünüşlə ortaya çıxıb.

Müəyyən edilməmiş xərçəng növü ilə mübarizə aparan Kral Çarlz və Kraliça Kamilla xərçəng araşdırmaları aparan İngiltərə Xərçəng Araşdırmaları təşkilatının 125-ci ildönümü münasibətilə müqəddəs Ceyms sarayında ziyafət təşkil ediblər. Şahzadə Keyt Middlton tədbirdə son anda görünüb. Şahzadənin iştirakını Kensington sarayı bir neçə saat əvvəl elan etmişdi.

Keyt Middltonun geyimi tədbir iştirakçılarında maraq yaradıb. Belə ki, son zamanlar həmişə tünd rənglərdə və darıxdırıcı geyindiyi üçün tənqid edilən Keyt Middlton bu görüş üçün tamamilə fərqli şəkildə geyinib.

Keytin Rodarte adlı dizaynerin kolleksiyasından seçdiyi qolları və yaxası ağ olan paltarın üzərində kiçik nöqtələr və böyük ürəklər, belində orta qalınlıqda kəmər vardı.

Keyt Middltonun paltarının dekolite hissəsinin sol tərəfini qırmızı süni qızılgül tamamlayırdı. Digər tərəfdə isə xərçənglə mübarizəni simvolizə edən qırmızı lent var idi. O, eyni rəngdə ayaqqabı və çanta da seçmişdi.

Tədbirdə qonaqlarla söhbət edən Uels şahzadəsinin üzündən təbəssüm əksik olmayıb.

Keytin belə canlı rəngli paltarda görünməsi barədə izləyənlər deyib: o, həm xərçəngə qalib gəlib, həm də yayın gəlişini qeyd edir.

Keyt Middltonun geyimi həm naxışı, həm də kəsimi ilə insanlara 1950-ci illərin modasını xatırladıb. Şahzadə hətta o dövrün jurnal səhifələrindən çıxmış kimi görünən modellərlə müqayisə edilib.

Digər xəbərlər

Yanacaq böhranı Rusiya Federasiyasının daha bir bölgəsinə də çatıb

İnquşetiyadakı yanacaqdoldurma məntəqələri bağlanmağa və yanacaq kuponları tətbiq etməyə başlayıb...

“The Financial Times” qəzeti təfərrüatları öyrənib...

“Baltikyanı ölkələr Aİ-ni Rusiya neftinə qoyulan qadağanı sürətləndirməyə çağırdılar...

“Finlandiyalaşma” və neytrallığın sonu...

Avropa Rusiya ilə tarixi münasibətlərini yenidən nəzərdən keçirməlidir...

“Göz yaşlarım çay kimi axdı, ayaqlarım boşaldı...”

Moskva müharibənin ilk dadını yaşadı: Kreml paytaxtını qoruya bilmədi...

“İvanov Putini boğardı..?”

Qəfildən vəfat edən keçmiş Rusiyanın müdafiə naziri varis reytinqinə başçılıq edirdi...

Qazaxıstan Rusiyaya əvəzedici axtarır..?

Astana Azərbaycan, Türkmənistan və Çindən reaktiv yanacağın idxalı ilə bağlı danışıqlar aparır…

“Alyaskada Tramp və Putin arasında heç bir razılaşma olmayıb”

ABŞ müharibənin bitməsində "konstruktiv rol" oynamağa hazırdır...