PDF Oxu

Dünya

  • 2 637

Daha bir Avropa ölkəsi əcnəbilərə daimi yaşayış icazəsini ləğv etdi

image

İsveç Parlamenti hökumət dəstəklədiyi sığınacaq üçün müraciət edən miqrantların daimi yaşayış icazələrini ləğv edən qanun layihəsini təsdiqləyib. Sığınacaq axtaranlar və bəzi digər miqrant kateqoriyaları üçün daimi yaşayış icazələrini ləğv edən qanun layihəsi İsveç Parlamentində səs çoxluğu ilə qəbul edilib.

İsveç dövlət radiosu SR-in məlumatına görə, yeni sistemə əsasən, 12 iyul tarixindən etibarən İsveçdə sığınacaq axtaranlara və müəyyən digər miqrant qruplarına yalnız müvəqqəti yaşayış icazələri veriləcək. Yeni qanunun artıq daimi yaşayış icazəsi olanlara təsir etməyəcəyi, müraciət edən əcnəbilərin daimi yaşayış seçiminin ümumiyyətlə ləğv edildiyi bildirilib.

İsveçə hər il ümumilikdə 60.000-100.000 arasında əcnəbi müxtəlif əsaslarla (iş, təhsil, ailə birləşməsi və sığınacaq) ilk dəfə yaşayış icazəsi (rezidentlik) almaq üçün müraciət edir və qəbul olunur. Son rəsmi rəqəmlərə əsasən, İsveç Miqrasiya Agentliyi tərəfindən il ərzində təxminən 67.000 - 102.000 arası şəxsə yaşayış icazəsi verilir.

Lakin birbaşa "daimi yaşayış icazəsi" (PUT - Permanent Uppehållstillstånd) məsələsində vəziyyət fərqlidir. Əcnəbilər əvvəlcə müvəqqəti icazə almalı, yalnız müəyyən illər ölkədə yaşadıqdan sonra daimi statusa müraciət etməli idi.

Son illərdə İsveç hökuməti miqrasiya siyasətini kəskin şəkildə dəyişmişdi. Sığınacaq istəyən əcnəbilərə verilən icazələr son illərdə kəskin azalaraq illik 5.000 – 9.000 nəfər aralığına düşmüşdü.

Bir neçə ildir İsveç hökuməti Könüllü Geri Qayıtma Proqramı həyata keçirir. Hökumət miqrasiya axınını azaltmaq üçün ölkədən könüllü gedən əcnəbilərə adambaşına 350.000 kron (təxminən 33.000 dollar) pul yardımı etməyə başlamışdı. Bu səbəbdən son 50 ildə ilk dəfə İsveçdən köçənlərin (emiqrasiya) sayı ölkəyə gələnlərin (immiqrasiya) sayını keçib.

Lalə Mehralı

Digər xəbərlər

Putinin fiaskosu

Bir il əvvəl Kreml təşəbbüsü ələ keçirdi - indi Rusiya yanacaq idxal edir...

Trampın yeni müttəfiqi ortaya çıxıb

Kolumbiyanın gələcək prezidenti Çinə arxa çevirir...

Müharibə Yaxın Şərqdə yayılır

Dönüş nöqtəsi yaxınlaşır...

Rus lideri özünü çuxura salıb

Moskva faktiki olaraq ümid etdiyi üç əsas ssenarini tükəndirdi…

İsveçdə keçmiş məsləhətçi Rusiyaya casusluqda təqsirli bilinib

O, həbsxana əvəzinə məcburi psixiatrik müalicəyə göndərilib...

“Vəziyyət dəyişə bilər”: Rusiya oliqarxları üsyan edəcəkmi?

Ukrayna Təhlükəsizlik Xidmətinin general-mayorunun fikri…

Putin Ukraynanın itirmə müharibəsini uduzur

Kreml yeni bir səfərbərlik hazırlayır...