PDF Oxu

Dünya

  • 2 434

Məşhur aktivist: "Epşteyn iyrənc bir insan idi"

image

Microsoft-un qurucusu Bill Geytsdən problemli boşanmasından sonra milyardlarla dollarlıq sərvəti ilə qadın hüquqları və sağlamlıq sahəsində aktivləşən Melinda Frenç Geyts Britaniyanın "The Guardian" qəzetinə verdiyi eksklüziv müsahibədə boşanmadan sonra həyatının ən dinc dövrünü "Pivotal" fondu vasitəsilə yaşadığını, lakin keçmiş ərinin məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteyn ilə keçmiş münasibətləri ilə bağlı iddiaların onu incitməyə davam etdiyini bildirib.

Həyatında Epşteynlə yalnız bir dəfə görüşdüyünü deyən Melinda Frenç həmin anı xatırlayarkən göz yaşlarını saxlaya bilməyib. Geyts deyib: "O, iyrənc bir insan idi, ürəyim ədalətsizlik iə üzləşən o gənc qızlarladır". Epşteynin bütün qurbanları üçün ədalətin təmin edilməsi üçün dünyanı daha çox şəffaflığa səsləyən Frenç bildirib: "Ədalət sistemi öz işini görmədi."

Qeyd edək ki, ən kiçiyi 14 yaşında olan 18 yaşdan kiçik onlarla qıza cinsi istismar etdiyinə və fahişəlik şəbəkəsi idarə etdiyinə görə mühakimə olunan Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhetten Metropoliten Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb. Epşteynin iş sənədlərində keçmiş Şahzadə Endryu, ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın keçmiş Prezidenti Bill Klinton, İsrailin keçmiş Baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi və müğənni Maykl Cekson kimi məşhur şəxslərin adları açıqlanıb.

Bu ilin əvvəlində, Epşteynin sənədlərinin açıqlanmasından sonra, Bill Qeyts 11 iyunda Ceffri Epşteynlə əlaqəsi ilə bağlı suallar yarandıqdan sonra Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında saatlarla qapalı iclasda ifadə vermişdi.

Digər xəbərlər

Ukrayna NATO-ya alternativ təklif etdi

Boris Conson yeni hərbi ittifaq təklif etdi...

Putinin reytinqi seçkilərdən əvvəl kəskin şəkildə aşağı düşdü...

Müharibənin təsirləri ruslar tərəfindən getdikcə daha çox hiss olunur...

Qərb Rusiyanı Qlobal Cənubdan necə sıxışdırıb çıxara bilər?

Təkcə Rusiya təbliğatı ilə mübarizə aparmaq kifayət deyil...

Foreign Policy: Şərqi Almaniyada nə problem var?

Tarixçilər rasional bir izahat tapmağa çalışırlar…

Bunu Almaniyanın BSW partiyası tələb edib…

Almaniya prokurorluğu “rusları qovmaq” təklifi ilə çıxış edən Avropa Parlamentinin üzvü ilə bağlı araşdırma aparacaq…

“Putin özünü kozır kimi istifadə etdi”

Rusiyada vəziyyət ölkə hakimiyyətinin icazə verdiyindən daha mürəkkəbdir...

Tramp Hindistana qarşı Rusiya neftinə 100 faiz tarif tətbiq edə bilər

Lindsi Qremin “cəhənnəm” sanksiyalar qanun layihəsi belə bir səlahiyyət verir…

“Ruslar seçkilərdən dəyişikliklər deyil, yeni problemlər gözləyirlər”

Rusiyada nəticəsi əvvəlcədən müəyyən edilmiş parlament seçkiləri davam edir...

Atlantic Council: Ermənistan Putindən üz döndərir...

Ukraynadakı müharibə Kremlin imperiya infrastrukturunu dağıdıb...