Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) terror təşkilatı İŞİD-ə qarşı keçirdiyi əməliyyat zamanı saxlanılan təşkilatın media strukturunun məsul şəxslərindən biri sayılan Əhməd Kazancı həbs olunub. SİA-nın məlumatına görə, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumata görə, sərhəd bölgəsində yaxalanaraq Türkiyəyə gətirilən A.Kazancının Konya Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsində dindirilməsi başa çatdırılıb.
Daha sonra məhkəməyə çıxarılan şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd olunub ki, MİT İŞİD terror təşkilatının "Xorasan Vilayəti" (ISKP) qruplaşmasının media şəbəkəsinə qarşı həyata keçirdiyi əməliyyat çərçivəsində "Əbu Ubeydə" və "Əbu İbrahim" kod adlarından istifadə edən Əhməd Kazancı sərhəd bölgəsində ələ keçirilib.
Mətləb Salahov
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...