Hindistanın Baş naziri Narendra Modi İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb və tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. SİA-nın məlumatına görə, N. Modi bu barədə "X" sosial şəbəkə hesabında yazıb. "İran Prezidenti Dr. Məsud Pezeşkianla Qərbi Asiyadakı son hadisələr barədə danışdım", - o bildirib. Söhbət zamanı ABŞ ilə İran arasında danışıqlar prosesində əldə olunan irəliləyişlər yüksək qiymətləndirilib:
"Danışıqlarda əldə edilən irəliləyişi məmnunluqla qarşıladım və davam edən səylərin regionda davamlı sülhə gətirib çıxaracağına ümid etdiyimi bildirdim. Hörmüz boğazında naviqasiya azadlığının Hindistan və dünya üçün əhəmiyyətini bir daha vurğuladım".
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...
Rusiyanın əsas müharibə məqsədlərinin uğursuzluğu barədə hərbi ekspert danışıb...