PDF Oxu

Dünya

  • 1 303

Kreml bu addımı son çarə kimi ata bilər...

Sırski Rusiyada səfərbərliyin nə vaxt elan olunacağını proqnozlaşdırmışdı...

image

...Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski Rusiyada yeni səfərbərlik dalğasının ehtimalını qiymətləndirib və belə bir qərar üçün mümkün müddət müəyyən edib.

Onun sözlərinə görə, düşmən üçün vəziyyət xeyli pisləşərsə, Kreml son çarə olaraq belə bir addım ata bilər. Müvafiq qərar Rusiya Dövlət Duması seçkilərindən sonra verilə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, general mediaya verdiyi müsahibədə detalları açıqlayıb.

Ukrayna Rusiyada yeni səfərbərlik dalğasının baş verəcəyini istisna etmir

Sırski hesab edir ki, təcavüzkar ölkənin rəhbərliyi mütləq zərurət yaranarsa, yeni səfərbərlik dalğasına əl ata bilər. Eyni zamanda, Ukrayna tərəfi vəziyyəti diqqətlə izləyir və müxtəlif ssenarilər üzrə mümkün düşmən hərəkətlərinə hazırlaşır.

...Biz bütün mümkün düşmən hərəkətlərini nəzərdən keçirir, bütün təhdid yaradan əraziləri hazırlayır və təhlil edirik. Bilirsiniz ki, bu hərəkətlərin qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçiririk, - deyə Baş Komandan izah edib və əlavə edib ki, Rusiya Baş Qərargahı da müvafiq tədbirlər planlaşdırır.

Günün əsas xəbərləri...

Sırski Rusiyada yeni səfərbərlik ehtimalını qiymətləndirməkdə ehtiyatlı olmağa çağırıb və vurğulayıb ki, belə bir ssenari həmişə mümkün olaraq qalır.

...Düşünürəm ki, əgər onlar səfərbərlik etsələr, bu, yalnız son çarə olacaq və çox güman ki, seçkilərdən sonra olacaq, - deyə general bildirib.

Rusiyada seçkilər haqqında nələr məlumdur..?

Qeyd etmək lazımdır ki, Vladimir Putinin imzaladığı fərmana əsasən, Rusiya Federasiyası Dövlət Dumasına seçkilər 20 sentyabr 2026-cı ildə keçiriləcək.

Səsvermənin üç gün davam etməsi gözlənilir. Bir neçə bölgədə də məsafədən elektron səsvermə tətbiq olunacaq. Bundan əlavə, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində səsvermə planlaşdırılır.

Bu ərazilər Rusiya hakimiyyətinin öz əraziləri hesab etdiyi Donetsk, Zaporojye, Xerson və Luqansk vilayətlərindədir.

Əli Babayev

Digər xəbərlər

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...