Ruslar üçün ən aktual məsələ...
...Əvvəla deyim ki, bu yazının müəllifi olan Abbas Qallyamov 2008-ci ildən 2010-cu ilə qədər Rusiyanın Baş naziri Vladimir Putinin nitq yazarı olub. O, həmçinin Başqırdıstan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini də (2010-2014) işləyib.
Bunları niyə deyirəm?
Çünki o, vaxtilə işlədiyi "idarədə" yaşanan olaylara... hər halda bizdən daha yaxındır...
...Və beləliklə, Putinin iddiasına görə, Ukrayna Rusiyaya qarşılıqlı olaraq bir-birinin arxa cəbhəsinə hücum etməməyi, yalnız cəbhədə döyüş əməliyyatları ilə məhdudlaşmağı təklif edib.
Bu, Putinin Rusiyanın cəbhədə yaxşı işlədiyini və irəlilədiyini, Ukraynanın isə yeganə seçiminin rusların qəlbində son qələbələrinə şübhə salmaq üçün Rusiya şəhərlərini bombalamaq olduğunu iddia etməsi ilə uyğun gəlmir.
Əgər bu zərbələr ukraynalılar üçün son çarədirsə, onda niyə onlardan imtina etməyi təklif edirlər?
Əgər cəbhədə işlər bu qədər pisdirsə, onda niyə hər şeyin cəbhədəki döyüş əməliyyatları ilə məhdudlaşmasını istəyirlər? Və ruslar üçün ən aktual sual: əgər siz həqiqətən cəbhədə qalib gəlirsinizsə və ukraynalılar hər şeyi cəbhə ilə məhdudlaşdırmağı təklif edirlərsə, onda niyə razılaşmırsınız? Moskvanın bombalanmasını bəyənirsinizmi?
Rusların qazsız qalmasından məmnunsunuzmu?
Dəli olmusunuz?
Suallar, suallar, suallar...
Əli Babayev
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...