PDF Oxu

Dünya

  • 2 285

Misir yaxın günlərdə Aİ-dən 1,5 milyard avro maliyyə dəstəyi alacaq

image

Misir yaxın günlərdə Avropa İttifaqından makromaliyyə dəstəyi paketi çərçivəsində 1,5 milyard avro məbləğində vəsait alacağını gözləyir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdülati Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 1,5 milyard avroluq vəsait 5 milyard avro həcmində makromaliyyə dəstəyi paketinin qalan iki tranşından birincisidir. O qeyd edib ki, qalan 3 milyard avro hər biri 1,5 milyard avro olmaqla iki bərabər tranş şəklində ayrılacaq.

Bədr Əbdülati əlavə edib ki, Qahirə sonuncu tranşın payız fəslinin əvvəlinədək köçürüləcəyinə ümid edir.

Qeyd edək ki, Avropa İttifaqı indiyədək sözügedən paket çərçivəsində Misirə 2 milyard avro vəsait ayırıb. Bunun 1 milyard avrosu 2025-ci ilin yanvarında, digər 1 milyard avrosu isə cari il ərzində köçürülüb.

Misir iqtisadiyyatına makromaliyyə dəstəyi 2024-cü ildə elan edilmiş və ümumi dəyəri 7,4 milyard avro olan daha geniş maliyyə paketinin tərkib hissəsidir. Həmin paketə, həmçinin 5 milyard avro həcmində güzəştli kreditlər daxildir.

Bununla yanaşı, Misirin Beynəlxalq Valyuta Fondundan (IMF) da maliyyə dəstəyi alacağı gözlənilir. Belə ki, Fond Misirə 1,64 milyard ABŞ dolları məbləğində yeni maliyyə dəstəyi göstərməyə ilkin razılıq verib. Bu addım Yaxın Şərqdəki müharibə zamanı Misirin üzləşdiyi iqtisadi problemlərin həllinə dəstək məqsədi daşıyır.

Digər xəbərlər

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Abidə həqiqətən də hərbi bir qurğuya çevriləcək...

Bunu bilmək təhlükəli illüziyaları dağıdır

Portnikov Putinin Ukrayna müharibəsi üçün əsl məqsədlərini açıqladı...

NI: Rusiya Hərbi Dəniz Qüvvələrinin sirləri Ukraynanın əlinə keçib

Faylların bəziləri "məxfi" və "tam məxfi" kimi təsnif edilib...

Putin öz bunkerinə göz dikəcək

Və xalq hər şeylə razılaşacaq...

“Ukraynalı əsirləri Kim Çen Ina təhvil versək necə olar?”

Zelenski əsir götürülmüş Şimali Koreyalıları... düşmənləri Cənubi Koreyaya təhvil verib..?

Putinin yeni eskalasiya planı...

Saxtakar parlament seçkiləri müharibənin davam etməsi üçün bəhanə yaradır...

Rusiya afrikalıları müharibəyə cəlb etməyin yeni bir yolunu tapdı...

Gənc kişilərə “film layihəsi”ndə rollar təklif olunur...

Tramp Qrenlandiya ilə bağlı strategiyasını dəyişib

ABŞ yeni hərbi obyektlər alacaq və adanın statusu eyni qalacaq...

Putin Səddam Hüseyn və Xomeynini üstələdi..?

Hətta Ayətullahın belə qırğını dayandırmaq üçün cəsarəti var idi...