Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanla münasibətlər və İsrailin son addımları barədə danışıb. Türkiyə lideri rəsmi İsalamabadın İran-ABŞ razılaşmasının əldə olunmasındakı rolundan danışıb.
"Bu nəticənin əldə olunmasında böyük əməyi olan dəyərli qardaşım, Baş nazir Şərifi və pakistanlı qardaşlarımızı bir daha təbrik edirəm. Bölgəmizdə gərginliyin azaldılmasına və problemlərin diplomatik yolla atılan hər bir addımı dəstəkləmişik və dəstəkləməyə davam edirik.
İsrailin razılaşmanı pozmağa yönəlmiş təxribatlarını yaxından izləyirik. Siyasi varlıqlarını bölgədəki davam edən münaqişələrlə əlaqələndirən israillilər hazırda xüsusilə Livan və Suriyada aktivdirlər", - deyə Ərdoğan bildirib.
Mətləb
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...