PDF Oxu

Dünya

  • 2 626

NATO-nun bombardmanı nəticəsində 700 dinc Liviya sakini həlak olub

NATO-nun bombardmanı nəticəsində 700 dinc Liviya sakini həlak olub
"Frans Press" informasiya agentliyinin Liviyanın Səhiyyə Nazirliyinin məlumatına əsaslanaraq, yaydığı xəbərə görə, ölkənin hakimiyyət dairələri NATO-nu kütləvi bombardmanda ittiham etmişdir. Həmin bombardman nəticəsində 700 nəfərdən çox dinc Liviya sakini həlak olmuşdur. Tripolidə keçirilən mətbuat konfransında Liviya hökumətinin mətbuat katibi Musa İbrahim bu haqda jurnalistlərə ətraflı məlumat vermişdir. Onun dediyinə görə, NATO-nun martın 19-dan sonra başladığı bombardman nəticəsində mayın 26-dək 718 nəfər həlak olmuş, 4607 nəfər isə yaralanmışdır. Bədən xəsarəti alanların 433 nəfərinin vəziyyəti olduqca ağırdır. M.İbrahim həlak olan hərbçilərin bu siyahıya daxil olmadığını bildirir. Onun dediyinə görə, Liviyanın Müdafiə Nazirliyi hərbçilərin itkiləri haqda məlumat verməkdən imtina edir. BMT-nin Təhlükəsizlik Şurasının rəsmi məlumatına görə, 2011-ci ilin fevralında Liviyada vətəndaş müharibəsi başlandıqdan sonra 1200 vətəndaş öldürülmüş və ya itkin düşmüşdür. Mayın 31-də gecədən xeyli keçmiş Tripoli yenidən NATO aviasiya zərbələrinə məruz qalmışdır. "Frans Press" məlumat verir ki, həmin vaxt şəhərdə 4 güclü partlayış eşidilmişdir. Aprelin ortalarında Liviya üsyançıları məlumat verirdilər ki, Müəmmər Qəddafinin tərəfdarları 10 min nəfəri qətlə yetirmişlər. Onların məlumatlarına görə, daha 30 min nəfər bədən xəsarəti almış, 20 min nəfər isə itkin düşmüşdür.

Digər xəbərlər