PDF Oxu

Dünya

  • 817

Mladiç Belqraddan Haaqaya göndərilib

Mladiç Belqraddan Haaqaya göndərilib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, hərbi cinayətlərdə şübhəli bilinən Serb Respublikası Silahlı Qüvvələrinin keçmiş qərargah rəisi Ratko Mladiç Haaqaya ekstradisiya edilmişdir. Burada onu keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Tribunalın dinləmələri gözləyir. Bu cür bəyanatla Serbiyanın ədliyyə naziri Snejana Maloviç çıxış etmişdir. Bir neçə saat bundan əvvəl məhkəmə R.Mladiçin və vəkillərinin apelyasiyasını rədd etmişdir. R.Mladiçin vəkilləri keçmiş generalın sağlamlıq durumunun pisləşməsini əsas gətirərək, onun ekstardisiyasının qeyri-mümkün olduğunu iddia edirdilər. Bununla yanaşı, məlumat verilirdi ki, hakimlər R.Mladiçin 1994-cü ildə, öz həyatına sui-qəsd edən qızının qəbirinin üstünə getməsinə icazə vermişlər. Haaqada R.Mladiçə qarşı hərbi cinayətlər törətməkdə ittiham irəli sürülərək, onu 1995-ci ildə Srebrenitsa şəhərində minlərlə müsəlman kişiləri genosidə uğratmaqda suçlu biləcəklər. R.Mladiçini vəkilləri ittihamların hamısını rədd edirlər. Onlar belə bir fikir formalaşdırırlar ki, müharibə zamanı baş vermiş hər bir cinayət o vaxt sırf hərbi məsələlərlə məşğul olan R.Mladiçin göstərişi olmadan yerinə yetirilmişdir. 1996-cı ildən ədalət məhkəməsindən gizlənən keçmiş generalı mayın 26-da Serbiyanın şimalında həbs etmişdilər. Bundan dərhal sonra məhkəmə R.Mladiçin Haaqaya ekstradisiya edilməsi haqda qərar qəbul etmişdi.

Digər xəbərlər