PDF Oxu

Dünya

  • 1 005

İran Merkelə öz hava məkanından yol açdı

İran Merkelə öz hava məkanından yol açdı
"Financial Times Doyçland" nəşrinin məlumatına görə, İran hökuməti Almaniya kansleri Angela Merkelin A340 "Konrad Adenauer" təyyarəsi ilə İran üzərindən Hindistana uçmasını qadağan etmişdir. A. Merkelin təyyarəsi İran hüdudlarına Berlin vaxtı ilə saat 01:40 dəqiqədə çatmışdır. Bundan dərhal sonra İranın hava xidməti əməkdaşları təyyarənin uçuşunun davam etdirilməsinin qarşısını almışlar. A.Merkelin təyyarəsi icazə verilməsi üçün İran üzərində 4 dəfə dairə vurmuş və Türkiyənin şərqində yerləşən Van gölü ərazisinə qayıtmışdır. Həmin vaxt təyyarədə A.Merkellə Nyu-Dehliyə uçanlar arasında Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix, müdafiə naziri Tomas de Mezyer, nəqliyyat naziri Peter Ramzauer, təhsil naziri Anetta Şavan, həmçinin, biznes nümayəndələri "Siemens" konserninin başçısı Peter Leşer, "BASF"ın başçısı Kurt Bok və "Lanxes" konserninin idarə heyətinin sədri Askel Haytman olmuşlar. İran dispetçerləri ilə alman pilotları arasında danışıqlar olduqca gərgin tərzdə keçmişdir. Uzun sürən mübahisədən sonra İran tərəf kanslerin Hindistana uçuşuna icazə vermişdir. Ancaq təyyarə havada çox dövrə vurduğundan yanacaq doldurmaq üçün Ankaraya enməli olmuşdur. Berlin vaxtı ilə saat 03:15 dəqiqədə təyyarə yenidən İranın hava məkanına daxil olmuş və 2 saatlıq gecikmə ilə Hindistana çatmışdır.

Digər xəbərlər