PDF Oxu

Dünya

  • 708

Tripolidə hökumət əleyhinə marş keçirilib

Tripolidə hökumət əleyhinə marş keçirilib
"Əl-Cəzirə" telekanalının məlumatına görə, mayın 30-da 100 minlərlə Tripoli əhalisi şəhər küçələrinə axışaraq hökumət əleyhinə marşa qoşulmuşdur. Səbəb kimi paytaxtın şərq hissəsində yerləşən Suk əl-Cumaa bölgəsində təhlükəsizlik qüvvələrinin öldürmüş olduğu 2 nəfərin dəfninin doğurduğu qəzəb göstərilir. Şəhər küçələrindən səsləndirilən videoyazılarda nümayişçilərin "Müəmmər Allahın düşmənidir!" və "Allah cəfakeşləri sevir!" ifadələrini qışqırdıqları nümayiş etdirilmişdir. Kütləvi yürüş "Salah" qəbiristanlığı yaxınlığında keçirilmişdir. Hüquq-mühafizə orqanı əməkdaşları hadisə yerinə gəlib nümayişçilərə atəş açdıqdan sonra etiraz aksiyası dayandırılmışdır. Yeni qurbanlar haqda məlumat verilmir. M.Qəddafi rejimi əleyhinə kütləvi çıxışlar yalnız üsyanın əvvəlində baş tutmuşdur. Bundan sonra təhlükəsizlik qüvvələri nəzarəti öz əllərinə götürməyə nail olmuşlar. Hazırda şəhərdə etiraz aksiyasına ən kiçik cəhd kobudluqla dəf edilir. Tripolidə nümayişçilər Liviya ordusunun Missurat şəhərində uğursuzluğa düçar olmasından sonra başlanmışdır. Generallar və yüksək rütbəli zabitlər üsyançılar önündən qaçmağa başlamışdılar.

Digər xəbərlər