PDF Oxu

Dünya

  • 812

Əfqanıstan prezidenti NATO-nu müharibə ilə hədələyib

Əfqanıstan prezidenti NATO-nu müharibə ilə hədələyib
"Frans Press" informasiya agentliyinin məlumatına görə, mayın 31-də Əfqanıstan prezidenti Həmid Kərzayi apardığı əməliyyatlar nəticəsində dinc əhalinin qətlinə səbəb olan NATO qüvvələrini kəskin tənqid atəşinə tutmuşdur. Əks tərəfin təcili tədbir görməyəcəyi təqdirdə, H.Kərzayi NATO-nu işğalçı elan edəcəyini bəyan etmişdir. Əfqanıstan prezidenti artıq ölkə ərazisində bu cür təcrübənin tətbiq edildiyini qeyd etmişdir. Bəyanat NATO aviasiyasının mayın 28-də Gilmend əyalətində 2 yaşayış evinin bombalanmasına cavab olaraq verilmişdir. Həmin hücum zamanı 9-14 nəfər dinc əhalinin həlak olduğu bildirilir. NATO komandanlığı isə binalarda silahlıların gizləndiyini güman etdiyini bildirmişdir. Mayın 30-da insidentlə əlaqədar NATO və Ağ Ev nümayəndələri üzrxahlıq diləmişlər. H.Kərzayi NATO qüvvələrinə son xəbərdarlıq etdiyini bildirmişdir. NATO aviasiyası "Taliban" silahlılarını təqib edərkən, dəfələrlə dinc sakinlərin həlak olmasına zəmin yaratmışdı. Son hadisələrdən biri zamanı Qəndəharda prezidentin əmisioğlu Hacı Yarməhəmməd Xan Kərzayi həlak olmuşdu.

Digər xəbərlər