PDF Oxu

Dünya

  • 831

“Səkkizlik” ölkələri Rusiyaya təklif ediblər ki, Liviyanın vasitəçisi rolunda çıxış etsin

“Səkkizlik” ölkələri Rusiyaya təklif ediblər ki, Liviyanın vasitəçisi rolunda çıxış etsin
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiyanın "Böyük Səkkizliy"ə daxil olan həmkarları Rusiyadan xahiş etmişlər ki, Liviyada vəziyyətin nizamlanması prosesində bu ölkəyə vasitəçilik etsin. Agentlik xəbər verir ki, Liviyada vəziyyətin nizamlanması ilə əlaqədar Moskvaya Liviyanın baş naziri də müraciət etmişdir. "Böyük Səkkizlik" ölkələri isə Rusiya rəhbərliyindən Liviya hökuməti ilə danışıqlara başlamağı xahiş edib. Müraciətin rəsmi xarakter daşımadığı bildirilir. Ağ Ev mənbəsinin məlumatına görə, ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Dmitri Medvedevlə bu məsələni müzakirə etmişdir. Qərbin kütləvi informasiya vasitələrinin məlumatına görə, Liviyanın baş naziri Bağdadi Əli əl-Mahmudi dünyanın bir neçə ölkə liderlərinə vətəndaş müharibəsinin başa çatması şərtləri ilə bağlı məktub ünvanlamışdır. Məktubda söhbətin Liviya müxalifəti ilə danışıqlar aparılması, tərəflər arasında təxirə salınmadan atəşin dayandırılması, məhbusların azadlığa buraxılmaları və ölkənin yeni konstitusiyasının hazırlanması məsələlərinə toxunulur. Məktubda Liviya Camahiriyyəsinin lideri Müəmmar Qəddafiyə hansı vəzifənin verilməsi haqda məlumat verilmir. Liviyada vətəndaş müharibəsi cari ilin fevralından başlanmışdır. Dövlət əleyhinə etiraz aksiyaları zamanı Liviya iki qarşıduran tərəfin ixtilaf meydanına çevrilmişdir. Fransa və İtaliya Liviyanın Benqazidə formalaşmış üsyankar müxalifətinin Milli Keçid Şurasını rəsmi surətdə tanıdığını bəyan etmişdir. ABŞ və Rusiya isə üsyançılar hökumətini danışıqlar aparmaq üçün legitim partnyorlar kimi tanımışdır. Martın 19-dan Liviyada beynəlxalq hərbi əməliyyatlar keçirilir. NATO-nun başçılıq etdiyi koalisiya qüvvələri Qəddafinin hərbi obyektlərinə və hökumət qoşunlarının mövqelərinə raket zərbəsi endirir.

Digər xəbərlər