PDF Oxu

Dünya

  • 882

Mladiçin həbs edilməsi Serbiyada etiraz aksiyalarına səbəb olub

Mladiçin həbs edilməsi Serbiyada etiraz aksiyalarına səbəb olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Serbiya Respublikası silahlı qüvvələrinin kemiş qərargah rəisi Ratko Mladiçin həbsi Serbiyada etiraz aksiyaları ilə qarşılanmışdır. R.Mladiçin tərəfdarları Belqradda və R.Mladiçin həbs edildiyi Lazarevo kəndi yaxınlığında mitinq keçirməyə cəhd etmişlər. 100 nəfərə yaxın R.Mladiç tərəfdarı pərəstişkarlarının gizləndiyi evə doğru aparan yolu bağlamağa cəhd etmişlər. Onlar hadisə yerinə tələsən jurnalistlərin də qarşısını almaq istəmişlər. Hakimiyyət dairələri isə, hər iki halda, baş verə biləcək təxribatın qarşısını almışlar. Belqradın mərkəzi meydanında mitinq keçirmək cəhdi polis tərəfindən aradan qaldırılmışdır. Etiraz çıxışları Kralevo, Zrenyanin, Arancelovats və Çaçak şəhərlərində də olmuşdur. Belqradda 35 nəfər, Novi Sadi də isə 20 nəfər mitinq iştirakçısı həbs edilmişdir. R.Mladiç 16 il gizlənməyə nail olmuşdur. İlkin məlumata görə, o, Milorad Komadiç adı altında gizlənmişdir. Haaqa Tribunalı onu Radovan Karaciçin hakimiyyəti illərində Bosniya müsəlmənlarının kütləvi qətillərində və etnik təmizlənmənin təşkilində ittiham edir. R.Mladiçi 8 min nəfərin qətlində şübhəli bilirlər. R.Mladiç mayın 26-da həbs edilmişdir. Məhkəmə həmin gün başlansa da 69 yaşlı R.Mladiç özünü pis etmiş və verilən suallara cavab verə bilməmişdir. Yaxın günlərdə onu dindirdikdən sonra Haaqaya ekstradisiya edəcəklər. Serbiya Radikal Partiyası R.Mladiçin həbs edilməsi əleyhinə kütləvi etiraz aksiyaları elan etmişdir. Mitinq mayın 29-da Belqradda parlament binası qarşısında keçiriləcəkdir.

Digər xəbərlər