PDF Oxu

Dünya

  • 859

Suriyada ölənlərin sayı 1000 nəfəri aşıb

Suriyada ölənlərin sayı 1000 nəfəri aşıb
"Əl-Cəzirə" telekanalının məlumatına görə, Suriyada olan qarşıdurmanın qurbanlarının sayı 1000 nəfəri aşmışdır. Misirin hüquq-müdafiə təşkilatlarından biri tam inamla belə bir məlumat verir ki, ölənlərin ümumi sayı 1062 nəfərə çatır. Nümayiş zamanı Suriya hökuməti 10 min nəfərədək mitinqçini həbs etmişdir. Suriya hüquq müdafiəçiləri isə ёəlllərində 1100 nəfər öldürülmüş nümayişçinin adının yazıldığı siyahı olduğunu bildirirlər. Onlar daha 200 nəfər öldürülmüş nümayişçi haqda təsdiq edilməmiş məlumata da malik olduqlarını bəyan etmişlər. Suriyada etiraz aksiyalarının başlandığı gündən etibarən jurnalistlərin aksiyalarda iştirak etmələrinə qadağa qoyulması qurbanların sayının dəqiq hesablanmasına maneçilik törədir. Mayın 24-də Suriya prezidenti Bəşər Əsəd və Rusiya Federasiyası prezidenti Dmitri Medvedev arasında telefon danışığı olmuşdur. B.Əsəd ölkə vətəndaşlarının iradələrini ifadə etmələri üçün sərbəst şərait yaratmağa çalışdığını bildirmişdir. Qərb ölkələri Suriya rəhbərliyi üzərinə ardıcıl surətdə sanksiyalar tətbiq etdiklərini bəyan edirlər. Mayın 9-da və 23-də Avropa Birliyi B.Əsədin də adının daxil olduğu 13 Suriya məmurunun AB-yə girişini qadağan etmişdir. Adıçəkilən məmurların hamısının AB ərazisindəki bank aktivləri dondurulmuşdur. Mayın 18-da ABŞ da analoji sanksiya tətbiq etmişdir. Mayın 24-də İsveçrə bankları da eyni addımı atdıqlarını bildirmişlər. Xatırladırıq ki, Suriyada xalq həyəcanları cari ilin 15 martında başlanmışır.

Digər xəbərlər