PDF Oxu

Dünya

  • 970

Rauf Denktaş xəstəxanaya yerləşdirilib

Rauf Denktaş xəstəxanaya yerləşdirilib
"CNN" telekanalının yaydığı məlumatda, Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidenti Rauf Denktaşın xəstəxanaya yerləşdirildiyini bildirmişdir. İlkin məlumata görə, R.Denktaşın təzyiqi kəskin tərzdə artdığı üçün onu Lefkoşadakı xəstəxanaya çatdırmışlar. Burada xeyli saxlanılan sabiq prezident Yakın Doğu Universitetinin xəstəxanasına köçürülmüşdür. Universitet xəstəxanası baş həkiminin müavini, professor Krkan Kaptanoğlu ölkə prezidentinin beynində qanın laxtalandığını bildirmişdir. O, R.Denktaşın vəziyyətinin sabit olduğunu və tezliklə sağalacağını qeyd etmişdir. Demokrat Partiyasının sədri Sərdar Denktaş jurnalistlərə verdiyi müsahibədə atasının vəziyyətinin ciddi olduğunu, ancaq bu vəziyyətin onun sağlamlıq durumuna heç bir mənəfi təsir törətməyəcəyini bildirmişdir. Şimali Kipr Türk Cümhuriyyətinin hazırkı prezidenti Dərviş Əroğlu xəstəxanada R.Denktaşı ziyarət etdikdən sonra hazırda onun reanimasiyada olduğunu demişdir: "R.Denktaş əl və ayaqlarını tərpədə bilir. Həkimlər də nikbin danışırlar. Artıq xəstəxanaya yerləşdirilən vaxt mövcud olan gərginlik get-gedə azalmaqdadır.

Digər xəbərlər