PDF Oxu

Dünya

  • 840

Türkiyə rəsmisinin Bakı ilə Yerevanı müqayisə etməyə dili gəlmir

Türkiyə rəsmisinin Bakı ilə Yerevanı müqayisə etməyə dili gəlmir
Türkiyənin "TRT" telekanalının "Açı" proqramında iştirak edən xarici işlər naziri Əhməd Davudoğlu bir qrup politoloqla apardığı dialoqda Azərbaycanda sürətlə artmaqda olan inkişaf və tərəqqidən bəhs etmişdir. Nazir Azərbaycanda iqtisadi inkişafdan əldə edilən gəlirin müəyyən bir hissəsinin paytaxtın daha da gözəlləşməsinə sərf edildiyini vurğulayıb: "Hər dəfə Bakıya səfər edərkən şəhərin gözəlləşməsindən xüsusi fərəh hissi keçirirəm". O, Yerevanı da yaxından gördüyünü, ancaq bu şəhərin inkişaf etməkdə olan Bakı ilə müqayisədə geridə qalmış köhnə bir kəndi xatırlatdığını qeyd etmişdir. Dost ölkənin naziri Azərbaycanın nüfuzlu "Evrovision-2011" Mahnı Müsabiqəsində qələbəsinə yüksək qiymət verdiyini və bunu Azərbaycanın inkişafının mühüm bir əlaməti kimi qiymətləndirərək, bir daha böyük fərəh hissi keçirdiyini etiraf etmişdir.

Digər xəbərlər