PDF Oxu

Dünya

  • 871

İordaniyada Azərbaycanın dövlət müstəqilliyi günü qeyd edilib

İordaniyada Azərbaycanın dövlət müstəqilliyi günü qeyd edilib
Azərbaycanın İordaniyadakı səfirliyi dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü və 28 May Respublika Gününü Əmmanda qeyd edib. Tədbirdə İordaniyanın Haşimilər krallığının rəsmi və işgüzar dairələri, ölkədə akkreditə edilmiş diplomatik missiyası, İordaniya-Azərbaycan dostluq cəmiyyətinin nümayəndələri, çeçenlərdən və çərkəzlərdən ibarət Qafqaz Xalqları İcmalarının üzvləri iştirak edirdilər. Tədbirdə, həmçinin, İordaniya parlamentinin üzvləri, Xarici İşlər Nazirliyi və silahlı qüvvələrin nümayəndələri iştirak edirdi. İordaniyanın bir sıra nazirlikləri və yerli şirkətlərin rəhbərləri bayram münasibətilə ölkəmizi təbrik ediblər. Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı çıxış edərək, Azərbaycanın tarixi keçmişinə nəzər salıb, müstəqillik dövrünün reallıqları barədə məlumat verib. O, ötən 20 il ərzində ölkədə həyata keçirilmiş mütərəqqi siyasət nəticəsində əldə edilmiş uğurları sadaladı.

Digər xəbərlər