PDF Oxu

Dünya

  • 899

Ermənistanda amnistiyanın qiyməti 1000 dollardır

Ermənistanda amnistiyanın qiyməti 1000 dollardır
"Jamanak" erməni qəzetinin yazdığına görə, ölkə prezidenti Serj Sarkisyan amnistiyaya düşəcəyi gözlənilən 4 min nəfərə yaxın məhbusdan pul yığılmasını təklif etmişdir. Əvvəl, hər bir dustaqdan 150-200 dollar, amnistiyaya düşməsini reallaşdırmaq üçün 300 dollar alınmışdır. Bundan sonra dustaqlar bir-bir yüksək vəzifəli məmurun qəbuluna çağırılaraq, 500 dollar ödəmişlər. Bu da amnistiyaya düşmək üçün hər bir dustağın min dollar ödəməsi faktının üstünün açılmasına səbəb olmuşdur. Ermənistanda məhbus həyatı keçirməyən "azad insanlar"ın da vəziyyəti çox ağırdır. Parisdə nəşr edilən "Ermənistan xəbərləri" jurnalında dərc olunmuş məqalə də bu cür faktlardan bəhs etmişdir. Jurnalda dərc olunmuş məqalədə göstərilir ki, Ermənistanın Gümrü şəhərində fəaliyyət göstərən "Sivilitas" fondu mühacirət məsələsinə həsr edilmiş yığıncaq keçirmişdir. Yığıncaqda təsdiq edilmişdir ki, ötən bir neçə ay ərzində 45 min nəfərədək erməni ölkə hüdudlarını tərk etmişdir. Fondun təhlilçisi Tatul Havolyan mühacirətin kütləvi hal almasını əhalinin etiraz üsulu kimi qiymətləndirmişdir. Bu da Ermənistanın hakim dairələrinin gizli simasını aşkara çıxarmışdır.

Digər xəbərlər