PDF Oxu

Dünya

  • 1 090

Vulkanik kül Avropanın üstünü örtməkdədir

Vulkanik kül Avropanın üstünü örtməkdədir
Mayın 24-də İslandiyada püskürən "Qrimsvotn" vulkanının səmaya bülənd olunan külü artıq Şotlandiya və Şimali İrlandiya səmasına çatmışdır. Aviasiya Uçuşlarının Təhlükəsizliyi üzrə Avropa Təşkilatına (AUTAT) əsaslanan "Frans Press" informasiya agentliyi Avropa birliyi ölkələrində 252-dək aviasiya reysinin təxirə salındığını bəyan etmişdir. İlkin məlumata görə, Şotlandiyanın Qlazqo, Edinburq, Aberdin və eləcə də, İrlandiyanın Dublin, Korka və Şennon şəhərlərinin aeroportlarında uçuş və eniş reyslərinə qadağa qoyulmuşdur. Şotlandiya aeroportları kül buludunun maneçiliyini nəzərə alaraq, 36 təyyarə reysini təxirə salmışlar. Niderland aviakompaniyası Böyük Britaniyanın şimal hissəsinə uçan 16 təyyarə reysinin qarşısını almışdır. Son yüz il ərzində "Qrimsvotn" vulkanı ən güclü püskürən vulkanı hesab edilmişdir. Bir il əvvəl, İspaniyada püskürən "Eyyafyatlayokudlya" vulkanı cəmi 6 gün ərzində Avropa səmasında uçan aviasiya reyslərinin hərəkətlərini iflic vəziyyətinə salmışdır. "Qrimsvotn" vulkanı mayın 21-də püskürməyə başlamışdır. Vulkanın səmaya püskürdüyü külün hündürlüyü 20 kilometrə çatmışdır. O vaxt dünya aviakompaniyalarına 1,7 milyard dollardan artıq zərər dəymişdir.

Digər xəbərlər