PDF Oxu

Dünya

  • 801

Azərbaycan Sergey Buntmanın ölkəyə səfərini qadağan edib

Azərbaycan Sergey Buntmanın ölkəyə səfərini qadağan edib
"Armenia Today" informasiya agentliyinin yaydığı məlumata görə, Azərbaycan hökuməti "Exo Moskvı" qəzetinin baş redaktor müavini Sergey Buntmanın Dağlıq Qarabağa işgüzar ezamiyyətini "Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni daxil olma" kimi qiymətləndirdikdən sonra, jurnalist "qara siyahı"ya salınmışdır. S.Buntmanın məqsədi tanınmamış "DQR"-in prezidenti Bako Saakyan və paytaxt meri Vazgen Mikaelyandan müsahibə götürmək olmuşdur. Azərbaycan tərəf "Vesti.az" yerli portalında S.Buntmanı xəbərdar etmişdir ki, onun işğal edilmiş Azərbaycan ərazilərinə növbəti gəlişi "qara siyahı"ya düşməklə nəticələnəcəkdir. Azərbaycan tərəf S.Buntmanın dördə üç hissinin erməni olduğunu ön sıraya çəkmiş və onun Dağlıq Qarabağdakı vəziyyəti obyektiv mövqedən qiymətəndirə bilməyəcəyini bəyan etmişdir. "Vesti.az" portalında gedən məlumat S.Buntmanın özü tərəfindən də təsdiq edilmişdir. "Exo Moskvı" qəzetinin baş redaktoru Aleksey Venediktov radiostaniyaya yerləşdirdiyi saytında məktubla Azərbaycan rəhbərliyinə müraciət edəcəyini bildirmişdir. Ötən ilin mayında tanınmamış "DQR"-in parlament seçkilərində iştirak edən Rusiya Federasiyası Dövlət Dumasının beş deputatı Azərbaycan hökuməti tərəfindən "çağırılmamış qonaq" kimi xarakterizə edilərək, adları "qara siyahı"ya salınmışdır. Həmin siyahıya Fransa və Slovakiyanın da bir neçə siyasətçisinin adları daxil edilmişdir.

Digər xəbərlər