PDF Oxu

Dünya

  • 1 101

“Metsamor” AES-i yaxınlığında minamyot mərmiləri aşkar edilib

“Metsamor” AES-i yaxınlığında minamyot mərmiləri aşkar edilib
"Novosti-Armenia" informasiya agentliyinin yaydığı məlumata görə, Ermənistanın "Metsamor" atom-elektrik stansiyası yaxınlığında 82 millimetr kalibrli iki minamyot mərmisi aşkar edilmişdir. Agentlik mərmilərin AES-in 800 metrliyində tapıldığını bildirmişdir. Armavir ərazisinə tezliklə sapyorlar gətirilmiş və mərmilər təhlükəsiz əraziyə aparılmışdır. Mərmilərin AES yaxınlığına haradan gətirildiyi haqda məlumat verilmir.

Digər xəbərlər