PDF Oxu

Dünya

  • 932

Obama İsrailə təklif edib ki, 1967-ci il sərhədlərinə qayıtsın

Obama İsrailə təklif edib ki, 1967-ci il sərhədlərinə qayıtsın
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 19-da Yaxın Şərq məsələlərinə həsr edilmiş yığıncaqda çıxış edən ABŞ prezidenti Barak Obama İsraili 1967-ci il sərhədlərinə qayıtmağa çağırmışdır. B.Obama ilk Amerika prezidentidir ki, Fələstin dövlətinin gələcəyini 1967-ci ildə müəyyən edilmiş sərhədlər çərçivəsində gördüyünü bəyan edib. "ABŞ rəsmiləri əmindilər ki, danışıqlar başa çatdıqdan sonra Fələstinlə İsrail arasındakı sərhəd Misirlə İordaniya arasında müəyyənləşdirilmiş sərhəd statusunda olmalıdır" deyə ABŞ prezidenti bildirmişdir. ABŞ prezidenti Fələstin və İsrail arasındakı gələcək sərhədin 1967-ci ildə müəyyənləşdirilmiş formada olacağını bildirmişdir. İsrailin baş naziri Binyamin Netanyaqu B.Obamanın çıxışından dərhal sonra 1967-ci il sərhədlərinə qayıdılması təklifini qətiyyətlə rədd etmişdir. Nazirin dediyinə görə, bu cür addımın atılması İsrailin müdafiə olunmasını sual altında qoya bilər. "BBC Nyus"un məlumatına görə, B.Obama 1967-ci il sərhədlərinə qayıdılması haqda məlumatı mayın 20-də B.Netanyaqu ilə Vaşinqton görüşündə açıqlamışdır. ABŞ prezidenti Misir və Tunisdə demokratik idarə üsuluna keçirilməsini alqışlamış və Misirə 1 milyard dollar həcmində maliyyə yardımı ayıracağını bildirmişdir. O, həm də Misirin 1 milyard məbləğində dövlət borcunun ləğv ediləcəyini bəyan etmişdir.

Digər xəbərlər