PDF Oxu

Dünya

  • 985

Merkel yunanlardan və portuqaliyalılardan çox işləməyi tələb edib

Merkel yunanlardan və portuqaliyalılardan çox işləməyi tələb edib
"Velt" qəzetinin yazdığına görə, Almaniya kansleri Angela Merkel Xristian-Demokratik Partiyasının Meşheddə keçirilən yığıncağında bankrot vəziyyətində olub Avropa Birliyinə maliyyə yardımı üçün müraciət edən Cənubi Avropa dövlətlərini kəskin tənqid atəşinə tutmuşdur. Almaniya kansleri yeni dövlət borcu yaradanlarla barışmağın mümkün olmadığını bildirmişdir. "Vacib deyil ki, Yunanıstan, İspaniya və Portuqaliya əhalisi Almaniya əhalisindən tez pensiyaya çıxsın. Vacibi odur ki, onlar bir qədər işləməlidir" deyə Almaniya kansleri bildirmişdir. Almaniyada pensiyaya çıxanların yarısının yaş həddi tədricən 65-dən 67-yə keçirilir. Yunanıstanda və Portuqaliyada isə pensiyaya çıxmaq üçün yaş həddi 65 yaşla məhdudlaşır. Əslində isə, pensiyaya çıxmaq yaşı kimi 61-62 il nəzərdə tutulur. A.Merkel Cənubi Avropa dövlətlərindən tələb etmişdir ki, uzunmüddətli məzuniyyətlərin vaxtını azaltsınlar. "Bir ölkənin uzunmüddətli məzuniyyət müəyyənləşdirməsi, o birisinin isə az məzuniyyət verməsi ümumi valyutası olan ölkələrdə bir araya sığa bilməz" deyə Almaniya kansleri etirazını bildirmişdir. "Yunanıstan, Portuqaliya və İspaniya əvvəlki vəziyyətə qayıtmalıdırlar. Almaniya bu ölkələrə o vaxt kömək edə bilər ki, onlarda ciddi-cəhdə işləsinlər" deyə A.Merkel bildirmişdir. Almaniyanın xarici işlər naziri Gido Vestervelle də kansleri dəstəkləmişdir. "Qəribə cəhət odur ki, bizdə pensiyaya çıxmaq həddi 67 yaş olduğu halda, daha az yaş həddində pensiya müəyyənləşdirən ölkələr bizdən yardım istəyirlər" deyə nazir bildirmişdir.

Digər xəbərlər