PDF Oxu

Dünya

  • 1 048

Cənubi Osetiya həbs etdiyi 4 gürcünü azadlığa buraxıb

Cənubi Osetiya həbs etdiyi 4 gürcünü azadlığa buraxıb
Cənubi Osetiya hərbçiləri yaxın günlərdə sərhəd ərazisində həbs etdikləri dörd Gürcüstan vətəndaşını azadlığa buraxmışlar. Onların Gürcüstan tərəfinə təqdim edilməsi sərhəd Dvani kəndində baş tutmuşdur. Onlar mayın 18-də ot biçərkən həbs edilmişdilər. Gürcüstanın Daxili İşlər Nazirliyi dörd ölkə vətəndaşının Rusiya hərbi qulluqçularının hücumuna məruz qaldıqlarını bəyan etmişdi. Ot biçənlər qaçmaq istərkən qarşı tərəfin atəşinə məruz qalmışlar. Nəticədə onların ikisi yaralanaraq, xəstəxanaya çatdırılmışdır. Cənubi Osetiya tərəfi gürcülərin sərhədi keçməsindən sonra atəşə tutulduqlarını bildirmişdir. Həbs edilənlər tutulduqdan sonra onların Sxinvaliyə aparıldıqlarını bildirmişlər. Gürcüstan Cənubi Osetiyanı öz tərkib hissəsi hesab edir. Gürcüstan tərəf özünü müstəqil elan edən Cənubi Osetiyanı Rusiyanın işğalı altında olduğunu iddia edir.

Digər xəbərlər