PDF Oxu

Dünya

  • 1 108

ABŞ Suriya prezidenti əleyhinə sanksiya tətbiq edib

ABŞ Suriya prezidenti əleyhinə sanksiya tətbiq edib
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ hökuməti Suriya prezidenti Bəşər Əsəd və onun 6 yüksək vəzifəli məmuru əleyhinə sanksiya tətbiq etmişdir. Bu sanksiyadan sonra adıçəkilən şəxslərin ABŞ-dakı bank aktivləri dondurulacaqdır. Bununla da, ABŞ hökuməti Suriyada keçirilən etiraz aksiyaları zamanı B.Əsədin sərt tədbirlərinə öz etirazını ifadə etmişdir. Bəşər Əsəddən başqa sanksiya dairəsinə Suriyanın vitse-prezidenti Faruk əl-Şaraa, baş nazir Adil Səfər, daxili işlər naziri Məhəmməd İbrahim əl-Şaar, müdafiə naziri Əli Həbib, hərbi kəşfiyyat rəhbəri Abdul Fəttah Qüdsiyyə və siyasi təhlükəsizlik idarəsinin direktoru Məhəmməd Dib Zaytun da düşmüşdür. Agentliyin qeydinə görə, çinovniklərin ABŞ-da nə qədər bank aktivlərinin olduğu məlum deyil. Mayın 9-da Avropa Birliyi Suriya üzərinə sanksiya tətbiq etmişdir. Bundan sonra Suriyanın 13 məmurunun Avropa Birliyi ölkələrindəki bank hesabları dondurulmuşdur və onların heç biri AB ərazisinə buraxılmayacaqdır. Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, 2010-cu ilin martından etibarən Suriyada 700 nəfərədək dinc sakin, 100 nəfərdən çox polis və hərbi qulluqçu həlak olmuşdur. Mayın 13-də Suriya prezidenti əsgərlərin nümayişçilərə atəş açmalarını qadağan etmişdir.

Digər xəbərlər