PDF Oxu

Dünya

  • 840

Quantanamo məhbusu özünə qəsd edib

Quantanamo məhbusu özünə qəsd edib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Quantanamo həbsxanasında olan Əfqanıstan məhbusu İnayətullah öz kamerasında ölmüş halda aşkar edilmişdi. Pentaqonun rəsmi bəyanatında deyilir ki, yoxlanış zamanı nəzarətçilər məhbusda həyat əlamətinin olmadığını müşahidə etmişlər. Onlar məhbusa yardım göstərməyə cəhd etsələr də, müsbət nəticə hasil olmamışdır. Belə bir ehtimal irəli sürülmüşdür ki, məhbus özünə sui-qəsd etmişdir. Rəsmi dairələr bu haqda geniş şərh verməmişlər. İnayətullah Quantanamo həbsxanasına 2007-ci ilin sentyabrında düşmüşdür. ABŞ hərbçiləri onu "Əl-Qaida"nın terrorçuluq əməliyyatlarının təşkilində ittiham edirdilər. Onların qənaətinə görə, İnayətullah terrorçuların yerlərdəki fəaliyyətlərini koordinasiya edir və hərəkət marşrutlarını cızırdı. ABŞ hərbçiləri məhbusun terrorçulara sığınacaq və nəqliyyat məsələlərinə də baxırdı. İnayətullah Quantanamo həbsxanasında sui-qəsd nəticəsində həlak olmuş 6-cı məhbusdur. Məlum olduğu kimi, bu həbsxana 2001-ci ilin sentyabrında kiçik Corc Buş administrasiyası tərəfindən tikilmişdir. Hazırkı ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasını bağlayacağı haqda dəfələrlə bəyanat versə də, indiyədək öz vədinə əməl etməmişdir.

Digər xəbərlər