PDF Oxu

Dünya

  • 922

Moskva İsrail hərbi attaşesini ölkə hüdudlarından kənarlaşdırıb

Moskva İsrail hərbi attaşesini ölkə hüdudlarından kənarlaşdırıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Rusiya hökuməti İsrailin Rusiyadakı səfirliyinin hərbi attaşesi, ölkənin hərbi-hava qüvvələrinin polkovniki Vadim Leydermanı casusluq fəaliyyətində şübhəli bilərək öz ərazisindən kənarlaşdırmışdır. Məlumatı yayan İsrailin Müdafiə Nazirliyi attaşe xidməti əleyhinə yayılan ifadələrin əsassız olduğunu bildirir. Nazirlik hadisənin bir neçə gün əvvəl başlandığını bildirir. Rusiya Federasiyası rəsmiləri V.Ledermanı sorğu üçün müzakirəyə dəvət etmiş, bundan dərhal sonra isə ona İsrailə qayıtmağı məsləhət görmüşdür. "Channel One" İsrail dövlət televiziyası Rusiya hökumətinin V.Leydermanı həbs etməməsini onun diplomatik immunitetə malik olması ilə əlaqələndirmişdir. "İzRus.so.il" nəşri, öz növbəsində, belə bir məlumat verir ki. Rusiyanın Federal Təhlükəsizlik Bürosu (FTB) V.Leydermanı mayın 12-də dindirmiş, 14-də isə onu İsrailə göndərmişdi. V.Leyderman İsrailin Rusiyadakı səfirliyində hərbi attaşe vəzifəsini 2008-ci ildən daşıyır və 2011-ci ilin iyulunda İsrailə qayıtmalı idi.

Digər xəbərlər