PDF Oxu

Dünya

  • 1 006

Kanada əhalini qorxu altında saxlayan Liviya diplomatlarını ölkə hüdudlarından kənarlaşdırıb

Kanada əhalini qorxu altında saxlayan Liviya diplomatlarını ölkə hüdudlarından kənarlaşdırıb
"CBC" agentliyinin məlumatına görə, Kanada hökuməti Ottavada işləyən beş Liviya diplomatını "persona non qrata" elan edərək, onlardan bir həftə ərzində ölkə hüdudlarını tərk etməyi tələb etmişdir. Kanadanın Xarici İşlər Nazirliyinin rəsmi mətbuat relizində verilən bəyanata görə, beş Liviya diplomatının əməlində normal diplomatiya funksiyaları ilə bir araya sığmayan insident baş vermişdir. Adının çəkilməsini istəməyən hökumət nümayəndəsinin dediyinə görə, haqqında söhbət gedən diplomatlar Kanada ərazisində yaşayan liviyalıları qorxutmaqda ittiham edilirlər. Həmin diplomatların Müəmmər Qəddafi əleyhinə çıxdıqları güman edilir. Kanda XİN-in məlumatına görə, Ottava Liviya ilə diplomatik münasibətləri dayandırmaq istəmir və Liviyanın ölkədəki səfirliyini bağlamır. Mayın 13-də Ottavadakı Liviya səfirliyində Müəmmər Qəddafinin tərəfdarları və əleyhdarları arasında qarşıdurma baş vermişdir. Dalaşanları polis əməkdaşları ayırmışlar. Nəticədə iki nəfər yaralanmışdır. Bir müddət əvvəl, bir neçə Avropa ölkəsində Liviya diplomatları " persona non qrata" elan edilmişlər. Aprelin 13-də beş Liviya diplomatı Almaniya hökuməti tərəfindən qovulmuşdur. Mayın 2-də Tripolidə Böyük Britaniya nümayəndəliyinə hücum edən Liviya səfiri ölkə hüdudlarından kənarlaşdırılmışdır. Üç gün sonra isə Böyük Britaniyadan daha iki Liviya diplomatı qovulmuşdur. Mayın 6-da Fransa hökuməti 14 Liviya səfirliyi əməkdaşını "persona non qrata" elan etmişdir.

Digər xəbərlər