PDF Oxu

Dünya

  • 1 025

Hüsnü Mübarəkin arvadını zəmanətlə azadlığa buraxıblar

Hüsnü Mübarəkin arvadını zəmanətlə azadlığa buraxıblar
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Misir məhkəməsi keçmiş prezident Hüsnü Mübarəkin arvadını zəmanət müqabilində azadlığa buraxmağa razılıq vermişdir. Eks-prezidentin arvadı mayın 13-də korrupsiyada ittiham edilərək həbs edilmişdir. Həmin gün o, özünü pis hiss etdiyindən xəstəxanaya aparılmışdır. Həkimlər onun infarkt keçirdiyini müəyyən etmişlər."Röyters"in məlumatına görə, Süzanna Mübarək azadlığa buraxılmamışdan bir qədər əvvəl 3,3 milyon dollar məbləğində olan villasını dövlətə bağışlamışdır. Məlum olmuşdur ki, keçmiş prezident H.Mübarək və arvadı Süzanna misirlilərdən rəsmi üzr istəmək fikrindədirlər. Tezliklə bu mərasim baş tutmuşdur. "Frans Press"in "Əl-Şoruk" Misir qəzetinə əsaslanaraq yaydığı məlumata görə, H.Mübarək və arvadı ailələri adından Misir xalqına əziyyət verdiklərinə görə üzr məktubu yazmağa hazırlaşırlar. Məktubun mətni Misir və digər ərəb dövlətlərinin telekanallarında yayımlanacaqdır. H.Mübarək özünün prezident səlahiyyətlərini fevralın 11-də çoxsaylı etiraz aksiyaları keçirildikdən sonra hərbçilərin xeyirinə yerə qoymuş və ev dustağı edilmişdir. Aprelin 13-də keçmiş Misir prezidenti korrupsiyada və mitinqçiləri əzişdirməkdə ittiham edilərək həbs edilmişdir. Mübarək həbsxanada yox, Şərm əl-Şeyxdəki xəstəxanada saxlanılmışdır.

Digər xəbərlər