PDF Oxu

Dünya

  • 923

Meksika polisi içərisində 500-dək qeyri-leqal mühacir olan iki yük avtomobilini saxlayıb

Meksika polisi içərisində 500-dək qeyri-leqal mühacir olan iki yük avtomobilini saxlayıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, Meksika polisi ölkənin cənubunda ABŞ istiqamətində hərəkət edən 513 nəfər qeyri-leqal mühaciri saxlamağa nail olmuşdur. Qeyri-leqal mühacirlər iki yük avtomobilində sərhədi keçmək istəyirdilər. Avtomobillərdən birində 240, ikincisində isə 273 qeyri-leqal mühacir olmuşdur. Qeyri-leqal mühacirlər mayın 12-də Qvatemala ilə sərhəddə yerləşən Çyapas ştatında saxlanılmışlar. Yük avtomobillərində Qvatemala qeyri-leqallarından başqa Salvador, Qonduras, Dominikan Respublikası, Nepal, Hindistan, Çin və Yaponiya vətəndaşları da olmuşdur. Onların heç birinin üzərində xarici pasport olmamışdır. ABŞ sərhədinə çatmaq üçün hər birisi 7 min dollar ödəmişdilər. Bu pulun müqabilində onlar yolda cüzi miqdarda qida ilə təmin edilir və tibbi yardım alırdılar. Ancaq Meksika hökuməti bu yardımların "insanlığa yaraşmayan" tərzdə gerçəkləşdirildiyi qənaətinə gəlmişdir. Xatırladırıq ki, Meksikanın Tamaulipas ştatında 145 mühacirin kütləvi qəbiristanlığı aşkar edilmişdir.

Digər xəbərlər