PDF Oxu

Dünya

  • 1 070

Liviya BMT-yə barışmağı təklif edib

Liviya BMT-yə barışmağı təklif edib
"Amerikanın Səsi"-nin verdiyi xəbərə görə, Liviyanın Bağdaddakı nümayəndəliyinin başçısı Əli əl-Mahmudi mayın 15-də Tripolidə olmuş BMT nümayəndəsi ilə görüşü zamanı NATO-nun raket zərbələri endirməsini dayandıracağı təqdirdə, atəşkəs elan etməyə hazır olduğunu bəyan etmişdir. "CNN"-in məlumatına görə, Liviyanın xarici işlər nazirinin müavini Xalid Kaim ölkəyə BMT nümayəndəliyinin göndərilməsini xahiş etmişdir. Liviyanın rəsmi dairələrinin BMT-nin Təhlükəsizlik Şurasına göndərdikləri məktubda "NATO-nun törətdiyi təxribatlar"dan danışılır. X.Kaim hərbi cinayətlərdə təqsirli bilinən Liviya liderlərinin BMT-nin orderi əsasında Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) verilməsi ehtimalının qeyri-mümkünlüyünü bildirmişdir. X.Kaim təmsilçisi olduğu ölkənin BCM-in yaradılmasına imza atmadığını vurğulamışdır. "CNN" agentliyinin məlumatına görə, BMT nümayəndəsi Abdullah əl-Xətib Tripolidə olarkən Liviyada hökumət qüvvələri və üsyançılar bir neçə saatlığına da olsa atəşi dayandırmışlar.

Digər xəbərlər