PDF Oxu

Dünya

  • 964

İran prezidenti bin Ladenin öldürülməsində ABŞ-ı ittiham edib

İran prezidenti bin Ladenin öldürülməsində ABŞ-ı ittiham edib
"Press TV"-nin "İrna" agentliyinə əsaslanaraq, yaydığı məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bildirir ki, "Əl-Qaida"nın lideri Üsamə bin Laden qətlə yetirildiyi məqamlarda Amerikanın əsiri olmuşdur. İran prezidentinin dediyinə görə, "bir nömrəli terrorçu" ələ keçirildikdən sonra hərbçilər onu işgəncələrə məruz qoymuş və bundan sonra, qətlə yetirmişlər. M.Əhmədinejad bin Ladenin siyasi motivlər əsasında məhv edildiyini bildirir. Onun fikrincə, bin Ladenin qətlində başlıca məqsəd iqtidarda olan prezident Barak Obamanın yenidən seçilməsini təmin etməkdir. İran prezidentinin dediyinə görə, hazırda Vaşinqton terrorçulara başçılıq etmək üçün yeni lider axtarışındadır. Bir müddət əvvəl, İranın kəşfiyyat məsələləri üzrə müavini Heydər Möslehi əməliyyat keçirilən vaxt bin Ladenin öldüyünü bildirmişdi. Onun dediyinə görə, "bir nömrəli terrorçu"nun ölümünün başlıca səbəbi xəstəliyi ilə bağlı olmuşdur. Bir çox analitiklər təsdiq edirlər ki, bin Laden öldürüldükdən sonra ABŞ prezidenti B.Obamanın reytinqi artmağa başlamışdır. Onlar B.Obamanın 2012-ci il prezident seçkilərində böyük iqtisadi dəstəyə malik olacağını bildirirlər.

Digər xəbərlər