PDF Oxu

Dünya

  • 862

İsrail Fələstin Muxtariyyətinin bank hesablarını açıb

İsrail Fələstin Muxtariyyətinin bank hesablarını açıb
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsrail hökuməti "FƏTH" və "HƏMAS" Fələstin hərəkatlarının birləşmələrindən sonra Fələstin Muxtariyyətinə məxsus bank hesablarının dondurulması haqda sərəncam vermişdir. Ancaq yaxın günlərdə Fələstin banklarının fəaliyyətinə icazə verilmişdir. Mayın 16-da ölkə radiosuna müsahibə verən İsrailin strateji planlaşdırma məsələləri üzrə naziri Moşe Yaalon bu yöndə məlumat vermişdir. M.Yaalon Fələstin Muxtariyyətinin iki başlıca siyasi partiyasının birləşməsinin İsrail üçün təhlükə törətmədiyini bildirmişdir. Nazirin dediyinə görə, İsrail və Fələstin arasında müzakirə edilən təhlükəsizlik məsələləri davam etdiriləcəkdir. Fələstinin bank hesablarının İsrail tərəfindən dondurulması cari ilin 1 mayına təsadüf etmişdir. Həmin vaxt 60 milyon avronun (86 milyon dollar) dondurulması haqda qərar qəbul edilmişdir. Bu hadisədən bir neçə gün əvvəl, Fələstin prezidenti Mahmud Abbas kübar "FƏTH" hərəkatı ilə hərbiləşdirilmiş islamçı "HƏMAS" hərəkatının yaxınlaşması haqda bəyanat vermişdir. Qahirədə "HƏMAS" və "FƏTH" hərəkatları arasında olan razılaşma nəticəsində milli birliyə nail olunması haqda sənəd imzalanmışdır. Razılaşmaya əsasən hər iki hərəkat birlikdə prezident və parlament seçkiləri keçirməyi nəzərdə tutur.

Digər xəbərlər