PDF Oxu

Dünya

  • 846

AFR-in xüsusi xidməti ABŞ-la əməkdaşlığı minimuma endirəcək

AFR-in xüsusi xidməti ABŞ-la əməkdaşlığı minimuma endirəcək
"Şpigel" qəzetinin yazdığına görə, Almaniya hökuməti terrorçuluqda suçlu bilinən şəxslər haqda alman xüsusi xidmət orqanlarının nəzarəti altında olan məxfi məlumatların ABŞ-a ötürülməsində müəyyən məhdudiyyətlər yaratmışdır. Bunun səbəbi 2010-cu ilin oktyabrında ABŞ-ın pilotsuz uçan aparatlarının taliblərin Vəziristanda yerləşən məşq bazalarına endirdikləri aviasiya zərbəsindən sonra qətlə yetirilənlər sırasında 20 yaşlı AFR vətəndaşı E.Bünyaminin də olması olmuşdur. E.Bünyaminin özü uzun müddət AFR-in xüsusi xidmət orqanlarının nəzarəti altında olmuşdur. Bundan bir müddət sonra o, taliblərin Əfqanıstan-Pakistan sərhədində yerləşən məşq düşərgələrinə getmişdir. Düsseldorf prokurorluğu bununla əlaqədar E.Bünyamin əleyhinə cinayət işi qaldırmışdır. O vaxt, E.Bünyamin haqda olan bütün məlumatlar ABŞ-a ötürülmüşdür. AFR-in xüsusi xidmət orqanlarından aldığı məlumatdan sonra ABŞ öz pilotsuz uçan təyyarələri ilə həmin məşq düşərgələrini bombardman etmişdir. Bundan sonra E.Bünyaminin qətlə yetirilməsində alman xüsusi xidmət orqanlarının əli olması haqda AFR-in cinayət polisi idarəsi başçısı Yorq Sirkə məktub ünvanlamışdır. Bu insidentdən sonra AFR hökuməti ABŞ-ın xüsusi xidmət orqanlarına yalnız terrorçuluqda əli olan şəxslər haqda informasiyaları ötürməyi lazım bilir.

Digər xəbərlər