PDF Oxu

Dünya

  • 866

Suriya hökuməti nümayişçilərə güllə atmağı hərbçilərə qadağan edib

Suriya hökuməti nümayişçilərə güllə atmağı hərbçilərə qadağan edib
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, Suriya prezidenti Bəşər Əsəd hərbçilərin nümayişçilərə qarşı silah işlətməsini qadağan edən sərəncam imzalayıb. Agentlik Suriya müxalifət liderlərindən birinin B.Əsədin yaxın müşaviri Butayna Şaabanla telefon əlaqəsi zamanı bu sərəncamdan xəbər tutduğunu bildirmişdir. Müxalifət lideri imzalanmış sərəncamların reallığını və əsgərlərin silahdan istifadə edilməsinin qadağan edilməsini təsdiq etmişdir. Cümə günü Suriyanın bütün şəhərlərində müxalifətçilərin etiraz aksiyaları keçirilmişdir. 2011-ci ilin mart ayının ortalarında kütləvi etiraz aksiyaları keçirən müxalifətçilər islahatların keçirilməsini tələb edirdilər. Suriya hökuməti nümayişçilərə qarşı sərt tədbirlər görsə də, mitinqçilər öz tələblərindən geri çəkilməyiblər. Aprelin 21-də ölkə ərazisində 48 il davam edən fövqəladə rejim ləğv edildi. Hakimiyyət dairələri müxalifətçilərlə razılıq verdilər. Nümayişlər başlanan gündən 700 nəfərə yaxın nümayişçi və 200 nəfərdən çox polis əməkdaşı və hərbi qulluqçu həlak olmuşdur. Müxalifətçilərin bəyanatlarına görə, 10 minə yaxın adam həbs edilmiş və ya itkin düşmüşdür.

Digər xəbərlər