PDF Oxu

Dünya

  • 898

Nümayişçilər üzərinə zor tətbiq edən yunan polisləri işlərindən azad ediliblər

Nümayişçilər üzərinə zor tətbiq edən yunan polisləri işlərindən azad ediliblər
"Röyters" informasiya agentliyinin yaydığı məlumata görə, mayın 12-də Afinada polislə nümayiş iştirakçıları arasında yeni qarşıdurma baş vermişdir. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazlardan istifadə etmişdir. Nəticədə 10 nəfər yaralanmışdır. Etiraz aksiyasında anarxistlər qrupu da iştirak edirdi. Afinada və Yunanıstanın başqa şəhərlərində keçirilən mitinqlər hökumətin iqtisadi sahədə heç bir islahat aparmamasına həsr edilmişdir. Xatırladırıq ki, Yunanıstan uzun müddət ərzində kredit borcu böhranından çıxa bilmir. Etiraz aksiyasından sonra internetdə gedən videokadrda 3 polis əməkdaşının bir nümayişçini dəyənəklər və təpiklərlə döydüyü göstərilmişdi. Polislərin şəxsiyyəti müəyyənləşdirildikdən sonra hakimiyyət dairələri onları tutduqları vəzifədən azad etmişdir. Yunanıstan əhalisinin etirazı ölkənin büdcə xərclərinin ixtisarı ilə bağlı olmuşdur. Çünki bu əməliyyatdan sonra əhalinin iş yerləri ixtisar edilir və gəlir vergiləri artır. Bu çətinliyi aradan qaldırmaq üçün Yunanıstan hökuməti Avropa Birliyi və Beynəlxalq Valyuta Fondundan 110 milyard dollar məbləğində kredit almaqla dövlət borclarını ləğv etmək istəyirdi.

Digər xəbərlər