PDF Oxu

Dünya

  • 864

NATO-ya məxsus hərbi-hava qüvvələri Qəddafinin iqamətgahını bombalayıb

NATO-ya məxsus hərbi-hava qüvvələri Qəddafinin iqamətgahını bombalayıb
"CNN" telekanalının məlumatına görə, mayın 12-də səhər NATO-ya məxsus hərbi-hava qüvvələri Tripolidə yerləşən Müəmmər Qəddafinin iqamətgahını bombalamışdır.
İnformasiya agentlikləri Liviyanın hakimiyyət dairələrinə əsaslanaraq, verdikləri məlumatda cümə axşamı səhər radələrində Tripoli şəhərinə 4 aviasiya zərbəsi endirildiyini bildirmişlər.
M.Qəddafinin Tripoli şəhərindəki iqamətgahı Bab əl-Əziziyyə hərbi bazasında yerləşir. Beynəlxalq koalisiya qüvvələri martın 19-dan etibarən Liviyada hərbi əməliyyat keçirilər və tez-tez M.Qəddafinin iqamətgahını bombardman edirlər. Liviya hökuməti aviasiya zərbələrinin camahiriyyə lideri M.Qəddafinin aradan götürülməsi ilə əlaqələndirir. Ancaq mart ayının axırlarında hərbi əməliyyatarı öz üzərinə götürən NATO komandanlığı bombardmanın məqsədinin ayrı-ayrı adamların aradan götürülməsi ilə yox, ərazidəki hərbi infrastrukturların ləğvi ilə əlaqələndirir.
Xatırladırıq ki, mayın 1-nə keçən gecə NATO aviasiyasının Tripoliyə endirdiyi aviasiya zərbəsindən sonra M.Qəddafinin oğlu Seyf əl-Ərəb və onun 3 uşağı mayın 11-də axşam radələrində oğlunun və nəvələrinin ölümündən sonra M.Qəddafi, ilk dəfə olaraq, Liviya televiziyasının efirinə çıxmışdır.

Digər xəbərlər