PDF Oxu

Dünya

  • 885

İspaniyada baş vermiş zəlzələ nəticəsində 10 nəfər həlak olub

İspaniyada baş vermiş zəlzələ nəticəsində 10 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin yerli hakimiyyət dairələrinə əsaslanaraq, yaydığı məlumata görə, mayın 11-də İspaniyanın cənub-şərqində baş vermiş zəlzələ nəticəsində 10 nəfər həlak olmuşdur. Lorka şəhərində baş vermiş zəlzələ bir çox yaşayış binalarına və orta əsrlərə məxsus kilsə qülləsinə xətər yetirmişdir. 10-larla avtomobil uçqunlar altında qalmışdır. Şəhər əhalisi polisin nəzarəti altında evakuasiya edilir. Şahidlər çoxsaylı xəsarət alanların olduğu haqda məlumat versələr də, rəsmi dairələr bu haqda susmağa üstünlük verirlər. İspaniyanın baş naziri Xose Luis Rodriges Sapatero təbii fəlakət zonasına kömək məqsədi ilə ordu hissələri göndərmişdir. Onlar şəhər əhalisinin evakuasiya edilməsini və yaralananların uçqunlar altından çıxarılmasını təmin edəcəklər. ABŞ-ın geoloji xidmətinin verdiyi məlumata görə, Lorka şəhərində baş vermiş zəlzələnin maqnituda gücü 5,1 bal həddində olmuşdur. Zəlzələ yerli vaxtla 18:47 dəqiqədə baş vermişdir. Birinci yeraltı təkandan 2 saat sonra maqnituda gücü 4,4 bal həddində olan ikincisi qeydə alınmışdır.

Digər xəbərlər