PDF Oxu

Dünya

  • 1 080

Nümayişçilər qovularkən, Yəməndə 10 nəfər həlak olub

Nümayişçilər qovularkən, Yəməndə 10 nəfər həlak olub
"Frans Press" informasiya agentliyinin məxfi hospitallardan birinin həkiminin dediklərinə əsaslanaraq, yaydığı məlumata görə, mayın 12-nə keçən gecə Yəmən polisi nümayişçiləri dağıdarkən, 10 nəfər həlak olmuş, 226 nəfər yaralanmışdır. Mayın 11-də isə hökumət qüvvələri ilə toqquşma zamanı iki nəfər həlak olmuşdur. Universitet meydanında yerləşən məxfi hospital əməkdaşlarının dediklərinə görə, xəstəxanaya daxil olan 226 yaralıdan 10 nəfərinin vəziyyəti ağırdır. Bunlardan əlavə, daha 141 nəfər müxtəlif bədən xəsarəti ilə hospitala düşmüşdür. "Dailu Beast" nəşrinin yazdığına görə, Hodeyd yaxınlığında yerləşən Taiz liman şəhərində daha iki nəfər nümayişçi öldürülmüşdür. "Qardian" qəzetinin yazdığına görə isə, Səna, Taiz və Hodeyd şəhərində öldürülən nümayişçilərin sayı 18 nəfərə çatmışdır. Çərşənbə axşamı hakimiyyət dairələrinə məxsus güc strukturları Universitet meydanına doğru axışan nümayişçiləri atəşə tutmuşdur. Yəmən DİN-in bəyanatına görə, nümayişçilər hücum edərək, radiostansiya binasını və hökumət qərargahını ələ keçirmək istəyirlər. Yəməndə 2011-ci ilin yanvar ayının axırında hakimiyyət dairələri əleyhinə başlanmış nümayişlər martın ortalarında aktiv dairəsinə keçmişdir. Həmin vaxt Yəmən paytaxtında onlarla nümayişçi qətlə yetirilmişdir. Nümayişlərin başlandığı vaxtdan etibarən ölənlərin sayı 140 nəfəri aşmışdır.

Digər xəbərlər