PDF Oxu

Dünya

  • 944

Bin Ladenin oğulları BMT-dən atalarının ölümünün təhqiqatını aparmağı xahiş ediblər

Bin Ladenin oğulları BMT-dən atalarının ölümünün təhqiqatını aparmağı xahiş ediblər
"Nyu-York Tayms" qəzetinin yazdığına görə, Pakistanda öldürülmüş "Əl-Qaida" lideri Üsamə bin Ladenin oğulları BMT TŞ-ni atalarının ölümünün təhqiqatını aparmağa çağırıblar. Çağırış sənədində göstərilir ki, bin Laden qətlə yetirilərkən, silahsız olduğundan hüquqi baza prinsipləri kobud surətdə pozulmuşdur. Terrorçunun oğulları atalarının nə səbəbə İraq prezidenti Səddam Hüseyn və Yuqoslaviya prezidenti Slobodan Miloşeviç kimi həbs edilərək, mühakimə edilmədiyini soruşurlar. Bin Ladenin oğulları Amerikanın rəsmi dairələrinin atalarının günahsızlıq prezumpiyasından ehtiyat etdiklərini dilə gətirmişlər. Onlar əməliyyatda iştirak edən ABŞ əsgərlərinin "Əl-Qaida" liderinin ailə üzvlərinə də atəş açdıqlarını anlamadıqlarını bildirirlər. Bin Ladenin oğulları Pakistan hökumətindən tələb edirlər ki, həbs etdikləri atalarının 3 dul arvadını və onların uşaqlarının azadlığa buraxsınlar. Məktuba bin Ladenin yalnız Ömər adlı oğlu imza atmışdır. Görünür, o, qardaşlarının adından danışmaqda özünü haqlı sayır. Bununla belə, Ömər atasının terrorçuluq fəaliyyətinə də haqq qazandırmamışdır. 1999-cu ildə Ömər anası ilə birlikdə Əfqanıstana köçmüşdür. Üsamə bin Laden bu ilin 2 mayına keçən gecə Pakistanın Abbatabad şəhərindəki iqamətgahında qətlə yetirilmişdir. Həmin gün onunu cəsədi müsəlman adət-ənənəsinin ziddinə olaraq, dənizə atılmışdır. Əməliyyat keçirilən gecə terrorçunun bir oğlu öldürülmüş, arvadlarından biri isə yaralanmışdır. Ağ Evin mətbuat katibi Cey Karninin dediyinə görə, bin Laden "təhdidedici hərəkət" etdiyi vaxt güllələnmişdir. Guya ABŞ əsgərləri terrorçunun üzərində partlayıcı qurğunun olmasından ehtiyat etmişlər. ABŞ prezidenti Barak Obama bin Ladenin qətlinin vacibliyini ölkəsinin milli müdafiə prinsiplərinə uyğun tərzdə həyata keçirilməsi ilə izah etmişdir.

Digər xəbərlər