PDF Oxu

Dünya

  • 987

Litvada keçmiş sovet "OMON"-çusu ömürlük həbs edilib

Litvada keçmiş sovet "OMON"-çusu ömürlük həbs edilib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Litvada keçmiş sovet "OMON"-çusu Konstantin Mixaylov əleyhinə ittiham hökmü çıxarılmışdır. Adıçəkilən şəxs 1991-ci ildə Myadinkay sərhəd-keçid məntəqəsində gömrükçülərin və polislərin qətlində əli olduğunu etiraf etmişdir. Vilnüs dairə məhkəməsi K.Mixaylovu təqsirli bilərək, əleyhinə ömürlük həbs cəzası kəsmişdir. Bundan başqa, həbs edilən şəxs Litva dövlətinə 2,3 milyon lat (950 min dollar) ödəməlidir. Qətl 1991-ci ilin iyulunda törədilmişdir. Avtomat silahlarla hücum edən cinayətkarlar 6 nəfəri güllələmişlər. Yalnız bir gömrük xidməti əməkdaşı sağ qalmışdır. K.Mixaylov Latviya vətəndaşıdır. 2007-ci ildə o, keçmiş "OMON"-çu kimi həbs edilmişdir. Daha 3 cinayətkar ona kömək etmişdir: Andrey Laktionov, Aleksandr Rıjov və Çeslav Mlınnik. Litva prokurorluğunun məlumatına görə, onların 3-də Rusiya ərazisindədir. Litva hökuməti Rusiyaya müraciət etsə də, indiyədək rədd cavabı almışdır.

Digər xəbərlər