PDF Oxu

Dünya

  • 921

Qırğızıstanda NATO nümayəndəliyi yaradılacaq

Qırğızıstanda NATO nümayəndəliyi yaradılacaq
"AKİ Press" informasiya agentliyinin yaydığı məlumata görə, Qırğızıstanın müdafiə məsələləri üzrə parlament komitəsi yeni qanun layihəsini təsdiq etmişdir. Əsasnaməyə görə, respublikada NATO rabitə zabiti ilə əlaqə ofisi açılacaqdır. Sənəd "Sülh naminə tərəfdaşlıq" proqramı dairəsində hazırlanmışdır. "Fərqanə" agentliyinin məlumatına görə, respublikanın müvəqqəti prezidenti Roza Otunbayeva mayın 10-da NATO-nun Mərkəzi Asiya və Qafqaz üzrə baş katibliyinin nümayəndəsi Ceyms Appaturayla görüş keçirmişdir. Görüş əsnasında o, ölkənin sərhəd məntəqələrinin kifayət qədər təmin edilməməsindən şikayət etmiş və NATO nümayəndəsindən kömək istəmişdir. Ceyms Appaturay Qırğızıstanın müdafiə nazirliyinin silah anbarlarının təmirinə kömək edəcəyini bildirmişdir. Xatırladırıq ki, söhbət raket və artilleriya silahlarının yerləşdiyi anbarlardan gedir. "24.kq." agentlyinin məlumatına görə, R.Otunbayeva təmsilçisi olduğu ölkənin NATO-nun sülhməramlı əməliyyatlarını əhatə edən yeni proqramında iştirak etməyə hazır olduğunu bəyan etmişdir. NATO nümayəndəsi isə bu cür əməkdaşlıq əlaqələrinin "digər alyanslarla ziddiyyət təşkil etmədiyini" bildirmişdir. 2001-ci ildən Qırğızıstan ərazisində Əfqanıstan koalisiya qüvvələrini dəstəkləyən ABŞ hərbi-hava qüvvələrinə məxsus aviabaza fəaliyyət göstərir. Bundan başqa, ölkə ərazisində Rusiya hərbi obyektləri yerləşir. Bu obyektlər paytaxt yaxınlığındakı Kant hərbi aviabazalarıdır.

Digər xəbərlər